Ana səhifə / Redaksiya seçimi

"Restoranlar Kralı" Elxan və Tahir Qasımov qardaşlarından şikayət edir- FOTO

2275
"Restoranlar Kralı" Elxan və Tahir Qasımov qardaşlarından şikayət edir- FOTO
"Restoranlar kralı" şərikinə xəyanət edib

Keçmiş müdiri “Xan Bağı”, “Şuşa”, “Çanaqqala” və “Xan qızı” restoranlarının sahibi Elxan və Tahir Qasımov qardaşlarından şikayət edir.

LİDERİNFO.AZ xəbər verir ki, şikayətdə Bakının “restoranlar kralı” kimi tanınan iki qardaşın iri kapital, milyonluq obyektlər sahibinə necə çevrilməsindən ətraflı bəhs edilib.

Bu barədə Azpolitika.info araşdırıb ki, rəsmi sənədlərdə qardaşlardan biri - Tahirin soyadı Əbdülqasımov kimi gedir. Şikayətçi Təranə Tağıyeva Əsgər qızı 80-ci illərin sonlarından onların ailəvi dostu olub.

T.Tağıyeva Bakının Nizami rayonu, Qarayev 61 ünvanında yerləşən “Gəncə Şərq” şirniyyat mağazasının direktoru olub. Mağaza özəlləşdirilənə qədər – 1997-ci ilə qədər adıçəkilən mağazaya rəhbərlik edib.

Həmin illərdə sonradan müəmmalı şəkildə milyonçuya çevrilən qardaşlardan biri – Elxan Qasımov əvvəlcə bu mağazada satıcı, sonra isə əmtəəşünas işləyib.

Onun sözlərinə görə, mağazada satıcı işləyən Elxanla ailəvi yaxın münasibətləri olub, Tahir də həmin vaxtlar tez-tez mağazaya gələrək, qardaşına kömək edib.

Ölkədə kiçik müəssisələrin özəlləşdirilməsinə başlandıqdan Təranə Tağıyeva da, bu prosesə qoşulur.
Mağazanı Təranə Tağıyeva və Elxan Qasımov şərikli özəlləşdirmək qərarına gəlirlər. T.Tağıyeva mağazanın özəlləşdirilməsində iştirak etmək niyyəti ilə əlaqədar olaraq bütün sənədləşmə işlərini aparmağa başlayır.
Tağıyeva qadın olduğundan, qanunvericiliyə uyğun olaraq özəlləşdirmədə 47 saylı “Gəncə Şərq” Şirniyyatı mağazasının kollektivini təmsil etmək üçün vəkil edilmiş şəxs kimi öz doğma qardaşı kimi inandığı Elxan Qasımovu seçir. Bununla bağlı müvafiq sənədləşmə işləri Nizami rayonu 15 saylı Notariat Kontorunda aparılır. Həmin vaxt 15 saylı Notariat Kontorunun rəhbəri vəzifəsində Eldar Qurbanov işləyir.

Lakin ilkin sənədləşmə işləri başa çatan ərəfədə – 1996-cı ildə T. Tağıyevanın ailəsində bədbəxt hadisə baş verir. Həyat yoldaşı gənc yaşında qəfildən ürək tutmasından dünyasını dəyişir.

T.Tağıyevanın başı təbii olaraq ailəsindəki yas mərasiminə qarışır. Yas mərasimi başa çatmamış, atasının ölümündən dərin psixoloji sarsıntı keçirən azyaşlı övladı ağır şəkildə xəstələnir. T.Tağıyeva vaxtının müyyən hissəsini övladının müalicəsinə sərf etməyə məcbur olduğundan, özəlləşdirmə ilə bağlı işləri Elxan Qasımova tapşırır.

Bütün işləri Elxan Qasımova həvalə edir. Hətta möhürü belə ona etibar edir. Elxan Qasımov da elə bu fürsəti gözləyirmiş. T. Tağıyevanın sözlərinə görə, müvəqqəti də olsa səlahiyyətləri ələ keçirən Elxan Qasımov, mağazanı ələ keçirmək üçün açıq cinayətə baş vurur.

Anons:
T.Tağıyeva Elxanın bu işləri qardaşı Tahirin məsləhəti və ya təhriki ilə etdiyi qənaətindədir. Və ilk işi T.Tağıyevanı gizlicə və saxta sənədlərlə vəzifəsindən azad etmək olur.

- Təranə Tağıyevanı saxta yolla, sənəd üzərində işdən azad etmək üçün kimlər, hansı cinayətə gedib? Bu cinayətdə hansı Notarial Kontorun müdirinin də iştirak etdiyi iddia olunur?

- “Restoranlar kralı”na çevrilən qardaşlar “Şuşa” və digər restoranları necə əldə ediblər?

- Elxan və Tahir Qasımov qardaşları hansı nazirin adından istifadə edərək, böyük əmlaklara sahib olublar? Onların özlərinin himayəçisi kimi göstərdiyi Nüsrət adlı şəxs kimdir?

- “Hunday” markalı maşınla adam öldürüb, azadlıqda gəzən kimin oğludur?

- Elxan Qasımovun mağazanı saxta yolla ələ keçirməsilə bağlı başlayan cinayət işində hansı faktlar aşkarlanıb? Cinayət işini yekunlaşdırmaq niyə mümkün olmur?

- Nizami rayon prokuroru Mahir Muradov Təranə Tağıyevaya nə təklif edib?

- Təranə Tağıyevanı “bir oğlun var, onu düşün” deyə hədələyən kim olub?

- Birinci xanım Mehriban Əliyevaya şikayətdən sonra Daxili İşlər naziri Ramil Usubovla görüşən Təranə Tağıyevaya nə vəd olunub? Qardaşların adından nazirə hansı məlumat verilib?

"Restoranlar Kralı" Elxan və Tahir Qasımov qardaşlarından şikayət edir- FOTO"Restoranlar Kralı" Elxan və Tahir Qasımov qardaşlarından şikayət edir- FOTO"Restoranlar Kralı" Elxan və Tahir Qasımov qardaşlarından şikayət edir- FOTO"Restoranlar Kralı" Elxan və Tahir Qasımov qardaşlarından şikayət edir- FOTO
Bu və digər suallara cavablar növbəti yazıda…