Ana səhifə / Əsas Xəbər

GDU-nun müəllimlərindən rektora ağır ittihamlar

915
GDU-nun müəllimlərindən rektora ağır ittihamlar
“Mərkəzləşdirilmiş imtahanlar “Şərq-Qərb” nəşriyyatının sahibi, oliqarx məmur Yusif Yusifovun yeni qazanc yeridir”

“Ali məktəblərin hamısında professor-müəllimlərin əmək haqqı böyük məbləğdə artırılsa da, bu, Gəncə Dövlət Universitetindaxəyal olaraq qalır”. Bu məlumatı LİDERİNFO.AZ-a universitetin bir qrup müəllimi məlumat verib.

Onların bildirdiyinə görə, paytaxtin ali məktəblərində professorlar üçün 1000-1200 manat, dosentər üçün 700-800 manat, adi müəllimlər üçün 500-600 manat əmək haqqı verildiyi halda, GDU-da maaşlar bu rəqəmə çatmır. “Gəncədə yerləşən və Kənd Təsərrüatı Nazirliyinə tabe olan ADAU-da da (tələbələri GDU-dan azdır) son bir tədris ilində əmək haqı bir neçə dəfə artırılıb”.

Müəllimlər bildirir ki, GDU-da pul vəsaitlərin xərclənməsində də israfçılıq olunur. “Uzun müddət idi ki, GDU-da yalnız rektor və tədris işləri üzrə prorektor üçün iki xidməti avtomobil var idi. Bu digər universitetlərdə də belədir. İndi isə 5 prorektordan 4-nə xarici avtomobil alınıb. Bu az imiş kimi, rektorun köməkçisinə də bir xarici avtomobil AA seriyası ilə ayrılıb. Ümumiyyətlə, universitetdə 10-dan çox avtomobil var. Əksəri xarici narkalı maşınlardır. Heç kim bunun əleyhinə deyil. Amma bunlara verilən böyük məbləğ pul əmək haqqının artırılmasına sərf olunsaydı, yaxşı olmazdımı?”

Onlar LİDERİNFO.AZ-a bildiriblər ki, GDU-nun kollektivinin Y.Yusifovdan ən böyük narazılıqlarından biri imtahanların keçirilməsi ilə bağlıdır. “Semestr imtahanlarının kompüter üsulu ilə keçirilməsi, yoxlanması və nəticələrin qiymətləndirilməsi bir mərkəzdən idarə olunur. Fənn müəllimlərinin isə imtahanların keçirilməsi və yoxlanmasından xəbəri yoxdur. Bu isə Təhsil Nazirliyinin sənədləri ilə ziddir. Çünki Boloniya sistemində imtahanlar yazılı şəkildə keçirilməlidir. Yəni, tələbə imtahanda bilet çəkməli, cavabları yazmalı və müəllimi tərəfindən yoxlandıqdan sonra ona qiymət verilməlidir. Ancaq GDU-da buna riayət etmirlər. Çünki mərkəzləşdirilmiş imtahanlar “Şərq-Qərb” nəşriyyatının sahibi, oliqarx məmur Yusif Yusifovun yeni qazanc yeri, rüşvət mənbəyidir”.

Müəllimlər daha sonra qeyd edirlər ki, fənnin imtahan saatı müəllimin dərs yükünə daxildir. “Əgər GDU-da imtahanlar kompüter ilə götürülürsə, bu saatları müəllim faktik yerinə yetirmir. Gəncə Dövlət Universitetində 2010-cu ildən belədir. Bu ənənəni Y.Yusifov davam etdirir. Ancaq mərkəzləşdirmədən imtina etməyin vaxtı çatıb. Əks təqdirdə kollektiv özü bunu edəcək”.