Ana səhifə / Əsas Xəbər

Vilyam Hacıyev rəhbərlik etdiyi rayonun deputatını artıq özü müəyyənləşdirib

1168
Vilyam Hacıyev rəhbərlik etdiyi rayonun deputatını artıq özü müəyyənləşdirib
Vilyam Hacıyevin yeni kələyi – icra başçısı İmişliyə deputat “seçir”

Rayon rəhbəri iş adamına olan borcunu mandatla bağlamaq istəyir

Noyabrın 1- də keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası (YAP) namizədlər siyahısını açıqlamadığından müəyyən çaşqınlıq və gərginlik hiss olunmaqdadır. Xüsusən bu gərginlik regionlarda daha qabarıq şəkildə özünü biruzə verir. Digər tərəfdən YAP- ın süstlüyündən istifadə edən bəzi məmurlar öz siyahılarını hazırlayır. “Siyahı hazırlama” prosesi o qədər surətlər gedir ki, bu yarışa hətta kiçik məmurlar, rayon icra başçıları da qoşulub. Təbii ki, onların bir məqsədi var- öz mövqelərini qorumaq və maliyyə imkanlarını genişləndirmək…

Əldə etdiyimiz məlumata görə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rəhbərlik etdiyi rayonun deputatını artıq “müəyyənləşdirib”. Bununla bağlı rayondakı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə həmin deputat İmişli RİH başçısının keçmiş müavini, hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli idarəsinin rəisi, iş adamı Saleh Səmədovdur. Saleh Səmədov rayonda geniş imkanlara malik şəxs kimi tanınır. O, bir neçə iri ticarət mərkəzinin və şadlıq saraylarının rəhbəridir, eyni zamanda “sok zavod”- un direktoru kimi tanınır.

Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə Vilyam Hacıyevin Saleh Səmədovu ciddi- cəhdlə deputat “seçməsi”- nin səbəbi onun iş adamının puluna aşıq olması və həm də ona borclu olması ilə bağlıdır. Verilən məlumatda qeyd olunur ki, hazırki başçı- V. Hacıyevin iş adamına 700. 000 (yeddi yüz min- red.) manatdan artıq borcu var. O bu borcunu Saleh Səmədovu deputat seçdirməklə bağlamaq istəyir. Hazırda Hacıyev arzusunu reallaşdırmaq məqsədi ilə yuxarıların razılığını almaq üçün ciddi- cəhdlə çalışır.
Mənbəmizin məlumatına görə İmişlidən hazırkı deputat olan Əsabəli Qasımov etimadı doğrultmadığı üçün bu dəfə onun namizədliyi YAP tərəfindən irəli sürülməyəcək.

Mövzunu diqqətdə saxlayacayıq.

P. S. Adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq