Ana səhifə / Əsas Xəbər

Nəsib Məhməliyevin milyardlıq əmlakı – ŞOK SİYAHI

2603
Nəsib Məhməliyevin milyardlıq əmlakı – ŞOK SİYAHI
Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nəsib Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ona heç bir vəzifə verilməməsi isə haqlı olaraq ictimai rəydə Nəsib Məhəməliyevin “vurulması” kimi dəyərləndirilib.

Məlum sərəncamdan sonra N.Məhməliyevin deputat olacağə haqda xəbərlər yayıldı. Bu xəbərlərin ardınca isə sabiq icra başçısı özü danışdı və mediaya açıqlamasında vəzifədən getməsinin öz istəyi olduğunu bildirib, həqiqətən deputatlıq iddiasında olduğunu etiraf etdi: “Mən hələ bir müddət öncə ölkə prezidenti, cənab İlham Əliyevə müraciət etmişdim ki, məni tutduğum vəzifədən azad etsin. Mən artıq Milli Məclisdə təmsil olunmaq istəyirəm və qarşıdan gələn parlament seçkilərinə YAP-in namiziədi kimi qatilmaq niyyətindəyəm.” N.Məhməliyevin bu açıqlamaları kifayət qədər radikal və cəsarətli açıqlama idi. Çünki hakim komandada kimin deputat olub olmamasını həmin şəxslər özləri müəyyənləşdirmir. Nəticə etibarı ilə bu qədər müstəqil və üsyankar məmurla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar da ortaya maraqlı faktlar çıxardı.

Nəsimi rayonun sabiq icra başçısı Nəsib Məhməliyev var-dövlətinə görə, hakimiyyətdəki bəzi oliqarxları kölgədə qoyub. Ziya Məmmədovun yaxın çevrəsinə daxil olduğu bildirilən Nəsib Məhməliyevin üzdə olan əmlakının dəyəri milyonlarla manat təşkil edir. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan məlumatlar üzərindən apardığımız araşdırmalara görə aşağıdakı obyektlər

Nəsib Məhməliyevə məxsusdur:
1. 20 yanvar küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində yerləşən “Əlibaba” dönərxanası və ona bitişik aptek.
2. Asif Məhərrəmov küçəsində 46 saylı yaşayış evi ilə üzbəüz alkaponlu möhtəşəm ofis binası.
3. Asif Məhərrəmov küçəsi 22a ünvanda yerləşən “Unibank”ın binası.
4. Məmmədcəfər Cəfərov küçəsi 16 ilə üzbəüz “Moskva” univermağının yaxınlığında 6 mərtəbəli “Modera” mebel salonunun binası.
5. Mir Cəlal küçəsində “Leyla” şadlıq evi ilə üzbəüz hasara alınmış böyük sahə.
6. Mir Cəlal küçəsi 36-da 6 mərtəbəli alkoponlu ofis binası.
7. Mir Cəlal küçəsi 63-də “Assorti” restoranı.
8. Akademik Zərifə Əliyeva adına göz klinikası ilə üzbəüz, Mirmahmud Kazımovski küçəsi 31-in yaxınlığında 6 mərtəbəli binanın altındakı aptek və onun arxasında yerləşən restoran.
9. 20 yanvar küçəsi bina 22-nin yaxınlığında “Deka bank” və yaxınlıqında tikilən bina.
10. 20 yanvar küçəsində “Qızıl Tac” şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri və digər binalar.
11. “Qızıl Tac” şadlıq evinin arxasındakı stadion. Icra başçısı stadionu təmir adı ilə zəbt edib.
12. “Əcəmi” metrosunun yaxinlığında “Bakcell” ve onun yanında “Azercell” dükanları.
13. “Moskva ” univermağı ilə üzbəüz çayxanalar və bağın içində təmir edilən 3 mərtəbəli bina.
14. Cavadxan küçəsi 26-da “Ideal” ayaqqabı mağazası və həmin küçədə yerləşən aptek
15. “Ərzurum” şadlıq evinin yanındakı yeni möhtəşəm bina
16. Hərbi Hospitalla üzbəüz Azər Əliyev küçəsi 40-cı bina ilə üzbəüz 3 dəbdəbəli villa.
17. Tibb Universiteti ilə üzbəüz Səməd Vurğun küçəsi 116-da yerləşən restoran.