Ana səhifə

Xarabalıq içinde Göygöl məktəbi ... - ŞİKAYƏT VAR, VİDEO

1350
Xarabalıq içinde Göygöl məktəbi ... - ŞİKAYƏT VAR, VİDEO
“Qarşıdan qış gəlir, problemlər üst-üstə yığılacaq.Vəziyyətimiz necə olacaq bilmirəm” bu sözləri Niyazi Əliyev BTV-yə ünvanladığı məktubda qeyd edib.

Niyazi məktubunda Göygöl rayonunun Çaykənd kəndindəki problemlərdən söz açıb. O, bildirir ki, kənddə qaz xətləri olsa da, qaz yoxdur. Evlərdə yanacaq kimi odundan istifadə edilir, bir maşın odun isə 250-300 manatdır. İmkanı olmayan ailələr isə məcbur olur ki, həyətindəki meyvə ağaclarını doğrayıb istifadə etsin.Niyazi Əliyevin sözlərinə görə Çaykənddəki problemlər bununla da bitmir. Belə ki, burada orta məktəb də yararsız vəziyyətdədir. Təhsil ocağı uçuq-sökük haldadır . Elm, təhsil ocağının bu vəziyyətdə olması heç də ürəkaçan deyil.Hər halda görünən odur ki,bu kəndin özü boyda da problemləri var,biz problemləri göstərdik,onları həll etmək isə aidiyyatı qurumların üzərinə düşür.