Ana səhifə / Əsas Xəbər

Təhsil Şöbəsinin müdirəsi oğlunun qumar borcuna görə 200 min manat ödəyib?

2046
Təhsil Şöbəsinin müdirəsi oğlunun qumar borcuna görə 200 min manat ödəyib?
Ağdam rayon Təhsil Şöbəsinin müdiri postundan Kəlbəcər rayon Təhsil Şöbəsinə “perevod” alan Elmira Şükürova ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub

Həmin məlumatda qeyd olunur ki, bir müddət əvvəl Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunan Elmira Şükürova məktəb direktorlarının hər birindən ilkin olaraq 500 manat yığaraq onlara 3 ay vaxt vaxt verib.

Şöbə müdirinin direktorlara üç aydan sonra – sentyabrdan etibarən hər ay 700 manat haqq qoyduğu iddia edilir. Mənbəmiz bildirir ki, 114 məktəbi olan Kəlbəcər rayon Təhsil Şöbəsi heç də Ağdam Təhsil Şöbəsindən geri qalmır. Adı çəkilən rayon məktəbləri isə ölkənin müxtəlif yerlərində fəaliyyət göstərirlər. Həmin məktəblərdə tədrisin hansı vəziyyətdə olduğu və hər il dövlətin külli miqdarda vəsaitlərini hansı şəkildə mənimsənilməsi Elmira Şükürovaya “çox tanışdır”. İnformasiya mənbəmiz iddia edir ki, Kəlbəcər məktəb direktorlarının necə “qazandıqlarını” yaxşı bilən xanım Şükürova bu dəfə Ağdam rayonundakından daha fərqli “metoda” əl atıb. Yəni məktəb direktorları hər ay 700 manat gətirməklə rəhbərlik etdikləri təhsil ocağında istədiklərini edə bilərlər.Şöbə müdiri isə direktorlardan 700 manat almaqla ayda 80 min manat tərtəmiz pulun sahibi olacaq. Bundan başqa rayon məktəblərinin təmiri, tikintisi üçün ayrılan vəsaitlərdən gələn xərcləri də hesablasaq, Elmira Şükürovanın aylıq qazancı 120 min manatdan çox edir.

BUNU DA OXUYUN: Təhsil Şöbəsinin müdirəsi oğlunun qumar borcuna görə 200 min manat ödəyib?

Xatırladaq ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin nəzdindəki 114 məktəb 16 rayonda və 3 şəhərdə fəaliyyət göstərir. Bu məktəblər Gəncə şəhərində – 17, Bakı şəhərində -15, Mingəçevir şəhərində -7, Xaçmaz 1, Şamaxı-1, Ağsu 1, Goranboy-14, Tərtər – 8, Bərdə – 18, Yevlax – 8, Göygöl – 9, Samux – 3, Daşkəsən – 4, Şəmkir – 2, Samux – 3, İmişli – 1, Zərdab – 1, Qəbələ – 1, Oğuz – 2, Şəki -1 rayonlarında yerləşir

Kəlbəcərdən edilən şikayətdəki iddialar əsasında hazırlanan bu məqalədəki məqamlarla bağlı E.Şükürovanın da mövqeyini dərc etməyə hazırıq.(gunxeber.com)