Ana səhifə

«Dəmir Bank»da fırıldağın üstü açıldı

1059
«Dəmir Bank»da fırıldağın üstü açıldı
Qarabağ əlilinin adına saxta yolla 50 min manat kredit «borcu» yazılıbmış

Qarabağ əlilinin adına “DəmirBank” ASC Sumqayıt filialında olan saxta “ 50 min manat ” kredit ləğv edildi və filialın keşmiş müdiri Rahim Maqsudov dələduzluq maddəsi ilə məsuliyyətə cəlb edildi )

2-ci qrup Qarabağ müharibəsi əlili Azər Rəşidov təsadüfən ”DəmirBank “ASC Sumqayıt filialında onun adına külli miqdarda kredit borcu olduğu barədə məlumat əldə edib. JAM.AZ-a verilən məlumata görə, Rəşidov bununla əlaqədar 05.02.2014-ci il tarixdə Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri xidmətinə ərizə ilə müraciət edib. Və ərizəyə cavab olaraq ona 05.02.2014-ci il tarixli 19-5/934 saylı mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış təqdim olunub. «Reyestrdən çıxarışa əsasən mənə məlum oldu ki, adıma “DəmirBank” ASC-də 25 dekabr 2007-ci il tarixdən 32440 manat kredit və 47942 manat faiz borcu var. Sonra isə mən filialdan kreditin hansı müqaviləyə əsasən onun adına rəsmiləşdirilməsi, kim tərəfindən kreditin götürülməsi, əgər səhv məlumatdırsa dərhal adımdan silinməsini,əks halda hüquq mühafizə orqanlarına müraciət edəcəyim barədə məktub yolladım. Amma bu cəzdlərimin hamısı boş qaldı».

Azər Rəşidov qeyd edir ki, bununla əlaqədar Baş Prokurorluğa müraciət edərək, məsələnin araşdırılmasını istəyib. «Lakin 6 aydan artıq müddət keçməsinə baxmayaraq Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində bu işin araşdırılmasıyla bağlı heç bir nəticə hasil olmadı».
zərərçəkən bildirib ki, məsələnin hüquq müstəvisində araşdırılması üçün Nərimanov rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. «Nərimanov rayon Məhkəməsi ədalətli qərar qəbul edərək mənim adıma olan saxta kredit müqaviləsinin etibarsız hesab edilməsi, mənə dəymiş mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxardı. Eyni zamanda məhkəmə tərəfindən “DəmirBank” ASC-nin Sumqayıt filialının sabiq müdiri Maqsudov Rahim Maqsudəli oğlunun əməllərində Cinayət Məcəlləsinin 178,3.2 , 308, 310 maddələrinin tərkibi olduğu üçün müvafiq araşdırmaların aparılması barədə Azərbaycan Respublikası Prokurorluğuna müraciət edilməsi barədə xüsusi qərardad qəbul edildi».