Ana səhifə
Deputatın qardaşının cinayət işi ayrıca icraata verilib, istintaq gedir
1376

Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyevin cinayət işi üzrə hazırda istintaq gedir.
Bu barədə APA-ya vəkil Səfər Hüseynov məlumat verib.
O bildirib ki, Əlövsət Əliyev, Gülnarə Şəkinskaya və onun qardaşı Fərid Usubov gizləndikləri üçün onların barələrində axtarış elan edilib.
Vəkil qeyd edib ki, həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 178. 3.2- ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və digər maddələrlə cinayət işi başlanılıb və ayrıca icraata verilib. Hazırda həmin iş üzrə ibtidai istintaq davam etdirilir. Onların cinayət işi məhkəməyə göndərilməyib.
Həmin cinayət işi üzrə digər təqsirləndirilən şəxslər - Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovadır. Onların cinayət işi üzrə isə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilir.
Həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayaların dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G.Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manatı oğurlayıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.
Oxşar xəbərlər:

Röyanın sevgilisi kimi tanınan iş adamı cinayət törətdi - fotolar
Maraq / Şou Biznes
"Dostluq" parkına görə 2 nəfər də tutuldu
Əsas Xəbər
Leyla və Arif Yunusların işi məhkəməyə göndərilir
Siyasət
“Elite Travel”-ə qarşı 600 minlik məhkəmə iddiası - Qalmaqal
Siyasət / İqtisadiyyat
Oliqarxın məhkəməsində: “144 milyon manat haradan çıxdı?”
Redaksiya seçimi