Kriminal

SON DƏQİQƏ: İçərişəhərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Ağır yaralılar var (YENİLƏNDİ)

SON DƏQİQƏ: İçərişəhərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Ağır yaralılar var (YENİLƏNDİ)
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mətbuat Xidmətinin İ.Əfəndiyev küçəsi, 10 ünvanında baş vermiş partlayışla əlaqədar məlumat yayıb.

İdarədən Publika.az-a verilən məlumatda bildirilir: “Bu gün axşam saatlarında İçərişəhər, İ.Əfəndiyev küçəsi, 10 ünvanında qaz sızması nəticəsində partlayış baş verib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və digər məhsul şəxsləri hadisə yerinə gəlib hadisənin başvermə səbəbləri və xəsarət alanların hazırkı vəziyyəti ilə tanış olublar. Hadisə nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər hazırda İdarə tərəfindən müvəqqəti yaşayış yerləri ilə təmin olunur.

Hazırda bütün proseslər nəzarət altında saxlanılır, müvafiq hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür.

Hadisə nəticəsində insan tələfatı yoxdur, xəsarət alanlardan 2 nəfərinin vəziyyəti yüngül olduğundan ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Digər xəsarət alanların həyatlarına hal-hazırda təhlükə yoxdur”.

***

18:08

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər yanıq xəsarəti ilə təcili yardımla 5 saylı şəhər Xəstəxanasına aparılıb. 1 nəfərə yerində yardım göstərilir.

***
17:36

Bu gün saat 17:10 radələrində Səbail rayonu ərazisində - İçərişəhərdə, İlyas Əfəndiyev küçəsində güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, İlyas Əfəndiyev küçəsi 10 ünvanındakı mənzildə qaz sızmasından güclü partlayış qeydə alınıb. Nəticədə, 5 nəfərin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları, xilasetmə qüvvələri və polislər cəlb edilib.

Əlavə məlumat veriləcək.