Kriminal / Hadisə

Tiflisdə ölənlərin sayı 19-a çatıb

727
Tiflisdə ölənlərin sayı 19-a çatıb
Gürcüstan paytaxtı Tiflisidə daşqından ölənlərin sayı 19-a çatıb.

Liderinfo.az-ın məlumatına görə, bu barədə hökumət rəsmiləri açıqlama yayıb.

Bildirilib ki, onlardan 17-nin şəxsiyyəti müəyyənləşib. Altı nəfər itkin düşüb, hazırda axtarış əməliyyatları davam edir.

Qeyd edək ki, iyunun 13-də Tiflisdə leysan yağışlar başlayıb. Vere çayının daşması ölkəyə 44 milyon dollar ziyan vurub.

Daşqın nəticəsində ölkə zooparkından vəhşi heyvanlar qaçıb, bəzilərini sel aparıb, bəzilərini polis güllələyib, digərləri tutulub və qəfəsə salınıb. İtkin düşən bütün şir və pələnglər ölü tapılıb.