Kriminal / Hadisə

Futbolçu aktyorun intihar etdiyi yerdə özünü asdı

866
Futbolçu aktyorun intihar etdiyi yerdə özünü asdı
Altayın “Polimer” klubunun futbolçusu Roman Bekker Barnauldakı yeni körpüdə özünü asıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, 20 gün əvvəl elə həmin yerdə Novosibirskin “Qızıl məşəl” teatrının aktyoru Danil Lyapustin eyni vəziyyətdə intihar edib.

Ancaq bu iki olayın bir-biri ilə əlaqəsi olmadığı bildirilir. Bekkerlə vətəndaş nikahında olan həyat yoldaşı İnqa Sanina deyib ki, əri iyunun 10-da səhər evdən telefonunu götürmədən idman formasında gedib və bir daha geri qayıtmayıb. Həmin gün axşam onun yaxınları polisə bu haqda məlumat veriblər. Bir gün sonra futbolçu asılmış vəziyyətdə tapılıb.

Aktyor Danil Lyapustin isə mayın 21-də özünə qəsd edib.