Kriminal
Bakıda tələbə dərs vaxtı bıçaqlandı
689

Bakıda tələbə bıçaqlanıb
LİA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 15 saylı Bakı Peşə Liseyində qeydə alınıb.
Belə ki, liseyin 2-ci kurs tələbəsi 18 yaşlı Orxan Səfərov 3-cü kurs tələbəsi 24 yaşlı Mirdamət Zeynalova iki bıçaq zərbəsi vurub. M.Zeynalov Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanaslına yerləşdirilib.
15 saylı Bakı Peşə Liseyinin direktoru Qurbanova Rəna Süleyman qızı bildirib ki, hadisə 2-ci dərsin sonunda tənəffüs vaxtı qeydə alınıb. "Mirdamət Orxanın oxuduğu sinifə daxil olub və onlara səs salmamağı tapşırıb. Bundan qəzəblənən Orxan da səhəri gün, yəni bu gün evdən bıçaq götürüb gəlib Mirdamətin kürəyindən və ayağından bıçaqlayıb. İlk dəfədir ki, bizim liseydə belə hadisə baş verir. Təcili yardımı çağırdım Mirdamət Zeynalovu xəstəxanaya apardılar".
O.Səfərov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gedərək könüllü təslim olub. Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər:

Bakıda oğul anasının boğazını kəsib - Şərəfsiz...
Kriminal
Bakıda sərxoş ər 3 uşaq anası olan həyat yoldaşına 11 bıçaq zərbəsi vurub
Kriminal
Bakıda polis işçisi xidməti maşınla piyadanı vurub
Hadisə
17 yaşlı yeniyetmə həmyerlisini bıçaqlayıb - Pirşağıda
Kriminal
Salyanda ata 21 yaşlı oğlunu bıçaqlayıb
Kriminal