Kriminal / Azərbaycan

Robert Prosineçki: "Müsbət nəticəyə ümid edirəm"

556
Robert Prosineçki: "Müsbət nəticəyə ümid edirəm"
Avro-2016-nın seçmə mərhələsində keçiriləcək Norveç - Azərbaycan oyunu öncəsi millimizin baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransı keçirilib.

Liderinfo.az-ın məlumatına görə, millimizin baş məşqçisi oyunla bağlı fikirlərini bölüşüb. Robert Prosineçki müsbət nəticəyə ümid etdiyini söyləyib:

"Azərbaycan kuboku uğrunda yarışın final oyunu ilə əlaqədar "Neftçi" və "Qarabağ" klublarının oyunçuları bizə bir qədər gec qoşuldu və bildiyiniz kimi, komanda 8 gündür tam heyətlə hazırlaşır. Hazırlıqdan razıyam. Rəqibə hörmətlə yanaşırıq. Komandadakı əhval-ruhiyyəni nəzərə alaraq, müsbət nəticəyə ümid edirəm və bunun üçün mübarizə aparacağıq".

Təcrübəli mütəxəssis Norveç yığmasının atletik baxımdan güclü olduğunu söyləyib. Prosineçkinin sözlərinə görə, komanda konsentrasiyasını itirməsə, səhvə yol verməyəcək.