Kriminal

Xızıda qətl törədilib

912
Xızıda qətl törədilib
Xızı rayonunun Giləzi qəsəbəsində qətl törədilib

PİA.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 4-də Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan Elmir Qulamovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı ərazidə tapılıb.

Xızı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Babək Əzimov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi mətbəx bıçağı götürülüb.

Araşdırma aparılır.