Kriminal

Tovuzda qardaş bacısını öldürüb qəbiristanlıqda basdırdı

811
Tovuzda qardaş bacısını öldürüb qəbiristanlıqda basdırdı
Kənd sakinləri isə Anarın qətli tək törətmədiyini bildiriblər

Tovuz rayonunun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı dünən yaşadığı evdən gedib geri qayıtmamışdı.

Bununla bağlı araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları Z.Məhərrəmovanın yaşadığı evdə qan izləri aşkar ediblər.

İlkin məlumatda bildirilirdi ki, Z.Məhərrəmova sonuncu dəfə evdə qardaşı, 1999-cu il təvəllüdlü Səmədov Anar Nizami oğlu ilə olmuşdu.

Bu gün isə Zülfiyyə Məhərrəmovanın öldürülməsi barədə məlumat yayılıb.

Trend-in məlumata görə, Z.Məhərrəmovanın kiçik qardaşı Anar şübhəli şəxs qismində saxlanılaraq Tovuz Rayon Polis şöbəsinə aparılıb. İlkin ifadəsində qardaşı bacısını öldürərək yaxınlıqdakı qəbiristanlıqda basdırdığını bildirib.

Hazırda qardaşın ifadəsi ilə əlaqədar istintaq tədbirləri davam etdirilir. Kənd sakinləri isə Anarın qətli tək törətmədiyini bildiriblər. (kəpəz tv)