Kriminal

Şadlıq sarayında qətl

829
Şadlıq sarayında qətl
Şəmkir rayonunda keçirilən toy məclislərinin birində qanlı olay baş verib

Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkir rayonunda keçirilən toy məclislərinin birində qanlı olay baş verib, şadlıq sarayının həyətində uzun sürən mübahisə zamanı rayon sakini, 20 yaşlı Ağaxan Abdullayev bıçaq xəsarətləri alıb. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.