İqtisadiyyat / Maraq
Bakı metrosunda iş saatları dəyişəcək
808

"Bakı 2015" I Avropa Oyunlarının bağlanış mərasimindən sonra Bakı Metropolitenində iş saatları əvvəlki qrafiklə əvəzlənəcək
Bu haqda "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
O deyib ki, iyunun 12-dən metro saat 06:00-dan 01:00-a qədər işləyir: "Lakin Oyunlar bitəndən sonra metro yenidən gecə 00:00-a qədər işləyəcək".
Qeyd edək ki, sərnişinlərin çoxluğu nəzərə alınaraq metro xidməti gecə saatlarına qədər uzadılıb. Avropa Oyunlarının açılış günü və ehtimal ki, bağlanış günü də metro qatarları səhərə qədər xidmət göstərəcək. Belə ki, stadiona yaxın olan “Koroğlu” stansiyasına sərnişin axını olur.
Əlavə edək ki, Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar şəhərdaxili avtobuslar da saat 05:00-dan 01:00-a qədər işləyir.
Oxşar xəbərlər:

Metro 17 gün pulsuz olacaq
Son xəbər / İqtisadiyyat
"Rahatca oturmuşam. Yuxarıdan da sərin vurur"... - Metroda təzə söhbət
İqtisadiyyat / Azərbaycan
Olimpiya Stadionuna bu yollarla gedin
İdman / Maraq
Bəzi marşrutların hərəkəti bərpa ediləcək - Siyahı
İqtisadiyyat / Sosial
Metro və avtobuslarda iş vaxtı dəyişdirilir (VİDEO)
Son xəbər / Dünya