İqtisadiyyat

Manat rubla qarşı 2% ucuzlaşıb, lirəyə nisbətən 1,6% bahalaşıb

436
Manat rubla qarşı 2% ucuzlaşıb, lirəyə nisbətən 1,6% bahalaşıb
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 9-u ilə müqayisədə dəyişməyərək 1,7430 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,64% zəifləyərək 1,8369 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,82% bahalaşaraq 0,0280 manata çatıb.
Türkiyə lirəsinin məzənnəsi 1,64% zəifləyərək 0,4967 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1936 manatdır. Beləliklə, funt sterlinqin 0,03%-lik bahalaşması baş verib.
Gürcüstan larisinin məzənnəsi isə 0,49% ucuzlaşaraq 0,6723 manat olub.