İqtisadiyyat

OPEC nefti bahalaşdıracaq addımı atacaqmı? - Gözlənti

553
OPEC nefti bahalaşdıracaq addımı atacaqmı? - Gözlənti
Bü gün OPEC-ə üzv və qeyri üzv neft hasilatçısı ölkələri Avstriyanın paytaxtı Vyanada neft hasilatının azaldılması prosesinin detallarını və bazarın sabitləşdirilməsi vəzifəsinin həlli üzrə birgə iş mexanizmlərini müzakirə edəcəklər.

"Report" xəbər verir ki, görüşdə iştirak üçün dəvət göndərilən ölkələrin siyahısında düzəliş edilib. Sonda siyahıya Rusiya, Braziliya, Azərbaycan, Qazaxıstan, Meksika, Oman, Türkmənistan, Misir, Kolumbiya, Bəhreyn, Bruney, Trinidad və Tobaqo, Konqo, Boliviya, Sudan, Ekvatorial Qvineya, Malayziya və Özbəkistan daxil edilib.
"Bloomberg"in məlumatına görə, görüşdə OPEC-ə daxil olmayan 10 ölkə, o cümlədən Rusiya, Azərbaycan, Qazaxıstan, Oman, Meksika, Sudan, Cənubi Sudan, Bəhreyn, Ekvatorial Qvineya və Malayziya iştirak edəcəyini təsdiqləyib.
OPEC ölkələrindən Səudiyyə Ərəbistanı, İran, Venesuela, İraq və digərləri dəvət olunub.