İqtisadiyyat / Sosial

Bəzi marşrutların hərəkəti bərpa ediləcək - Siyahı

878

"1-ci Avropa Oyunlarından sonra bəzi marşrutların hərəkət sxemi əvvəlki kimi bərpa olunacaq. Çünki bu, müvəqqəti addımdır”

 


 
 
Bu haqda modern.az-a Nəqliyyat Nazirliyinin katibliyinin rəisi Namiq Həsənov məlumat verib. O qeyd edib ki, müəyyən avtobusların hərəkət sxemi təkmilləşmə proqramı ilə əlaqədar dəyişdirilib və Avropa Oyunlardan sonra da bərpa olunmayacaq: "Çünki avtobus marşrutlarının əksəriyyəti bir-biri ilə paralellik təşkil edirdi. Təkmilləşmə proqramına əsasən 1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194 saylı sərnişin avtobus xətlərinin fəaliyyəti dayandırılıb. 11, 82 və 83 saylı marşrutların hərəkət istiqaməti uzadılıb. Bəzi marşrutların hərəkət istiqaməti isə qısaldılıb.

2 saylı avtobus "Xətai” metro stansiyasına qədər, 15 saylı avtobus "Qara Qarayev” metro stansiyasına qədər,

70 saylı avtobus "Neftçilər” metro stansiyasına qədər,

82 saylı avtobus "Ulduz” metro stansiyasına qədər,

120 saylı marşrutun hərəkət istiqaməti isə "20-ci sahə”yə qədər qısaldılıb.

Avtobusun nömrəsi dəyişdirilərək 20 olub. Amma bunlardan hansının bərpa  olunub-olunmayacağını indidən demək çətindir”.

Namiq Həsənov əvvəllər ünvana bir avtobusla gedən sərnişinlərin, müəyyən marşrutlar ləğv olunduqdan sonra  2-3 avtobus dəyişməyə məcbur qalması məsələsinə də münasibət bildirib: "Bundan xəbərimiz var. Sadəcə, sərnişinlərdən anlayış gözləyirik. Çünki bu, 1-ci Avropa Oyunları ərəfəsində tətbiq olunan addımdır, müvəqqətidir”.

Katiblik rəisi yarışlara qədər avtobuslarda kart sisteminə keçirilməyəcəyini də söyləyib:

"Hazırda kart sistemi yenidən hazırlanır, təkmilləşmə işləri aparılır. Vahid kart sistemi oyunlardan sonra mərhələli şəkildə tətbiq edilməyə başlayacaq”.