İqtisadiyyat

Bakı metrosunun ötən ilki gəliri 43 mln. manat olub

593
Bakı metrosunun ötən ilki gəliri 43 mln. manat olub
QSC 2015-ci ildə sərnişindaşıma sahəsində satışlardan 43,005 mln. manatlıq gəlir əldə edib

"APA-Economics" QSC-nin açıqladığı hesabata istinadən xəbər verir ki, bu məbləğ 2014-cü illə müqayisədə 2,23% çoxdur.

QSC sair əməliyyatlardan 9,563 mln. manatlıq gəlir əldə edib ki, bu da bir il öncə ilə müqayisədə 4,2 çoxdur.

Hesabat dövründə Bakı metrosu 7,661 mln. manatlıq elektrik enerjisi, 130,157 min manatlıq qaz istifadə edib.

Hesabata əsasən, ötən il QSC-nin işçi heyətinə 42,779 mln. manatlıq xərc çəkilib ki, bu da il ərzində 0,23%-lik və ya 104 min 992 manatlıq azalma deməkdir.