İqtisadiyyat

Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinat

925
Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinat
Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini vəziəsinə yeni təyinat olub

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən Lent.az-a daxil olan məlumata görə, prezident İlham Əliyevin sərəncamı ilə Nigar Ramiz qızı Məmmədova Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini təyin edilib.

Qeyd edək ki, Nigar Məmmədova 1973-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini və Amerika Birləşmiş Ştatlarında Brandeys Universitetinin maliyyə üzrə magistr pilləsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayan Nigar Məmmədova müxtəlif vəzifələrdə çalıb və Bazar əməliyyatları departamentinin direktoru vəzifəsinədək yüksəlib.