İqtisadiyyat

Azərbaycanda avtomobil idxalı 9 dəfə azalıb

613
Azərbaycanda avtomobil idxalı 9 dəfə azalıb
İki ay ərzində Azərbaycana 821 ədəd avtonəqliyyat vasitəsi gətirilib

Müqayisə edilən dövrdə idxal 9 dəfə azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, xaricdən 737 ədəd minik avtomobili alınıb. Ötən il iki ay ərzində xaricdən rəsmi nümayəndələr və fərdi şəxslər tərəfindən 7031 minik avtomobili gətirilib.

Həm ilkin, həm də təkrar avtomobil bazarı 2013-cü ildən böhran içindədir. Təkcə idxalın həcmi deyil, həm də alqı-satqı üzrə əməliyyatların həcmi azalıb. Mütəxəssislər qeyd edirlər ki, bu, birbaşa bank böhranının və əhalinin gəlirlərinin aşağı düşməsinin nəticəsidir.

Uzun illər banklar avtomobil kreditlərini maliyyələşdirib və faiz dərəcələri illik 10%-dən 18%-dək təşkil edib. Kreditləşmə əsasən ABŞ dolları ilə həyata keçirilib.

2015-ci ilin yanvarında Azərbaycanda avtonəqliyyat vasitələrinin idxalı üzrə aksiz dərəcələri də artırılıb.