İqtisadiyyat

Manatın bugünkü məzənnəsi

698
Manatın bugünkü məzənnəsi
Azərbaycan manatı dollara nisbətdə ucuzlaşıb, avro qarşısında isə bahalaşıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, dolların məzənnəsi 0,0032 qəpik bahalaşaraq 1,5687 manat olub.

Avro 0,0047 qəpik ucuzlaşaraq 1,7071 manata düşüb.

Rus rublunun məzənnəsi isə 0,0003 qəpik artaraq 0,0209 manat təşkil edib.