İqtisadiyyat

Manat bahalaşır

613
Manat bahalaşır
Dollar həftəyə ucuzlaşma ilə başlayıb.

Manat möhkəmlənməkdə davam edir. ANS PRESS-in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 8-nə olan rəsmi məzənnəsində dolların qiyməti yenidən düşüb. ABŞ valyutasının qiyməti 1.5819 manat səviyyəsində müəyyən olunub.

Avrozonanın vahid valyutası isə bahalaşıb və 1,7610 manat olub. Rusiya rublu isə ucuzlaşıb və 0,0205 manat olub.

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.