İqtisadiyyat

Neftin və dolların məzənnəsi

822
Neftin və dolların məzənnəsi
Dünya bazarlarında neftin qiymətində müşahidə olunan nikbinlikdən sonra cüzi ucuzlaşma başlayıb

Ötən gün 35.55 dollar olan "Brent" markalı neftin qiyməti bu səhər ucuzlaşaraq 34.06 dollar olub.

"WTI" neftində də ucuzlaşma müşahidə olunub. Ötən gün 33.27 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti də ucuzlaşaraq 31.34 dollarda qərarlaşıb.

Ötən gün "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar ucuzlaşaraq 35,78 dollar təşkil edib.

Əlvan metalın qiymətində müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bahalaşaraq 36,30 dollar olub. Platinin 1 qramı 27.83 dollar, palladiumun 1 qramı isə 16.18 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.46 dollar müəyyənləşib.

Ötən gün AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,5972 səviyyəsində olub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7326 manat, Rusiya rublu isə cüzi bahalaşma ilə 0.0211 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.2778 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5395 AZN müəyyənləşib.

AMB-dən verilən ən son məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 2-nə 1,5940 səviyyəsində müəyyən olunub. (ans)