İqtisadiyyat

Vergilər azalır, maaşlar artır

943
Vergilər azalır, maaşlar artır
Xəbər verdiyimiz kimi, yanvarın 1-dən Vergilər Nazirliyi əmək haqlarında gəlir vergisi üzrə güzəştin tətbiqinə başlayıb.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Vergi Məcəlləsinə edilmiş bu dəyişiklik fiziki şəxslərin əmək haqlarına verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Qanunla Məcəllənin 102.1.6-cı maddəsinə dəyişiklik edilib və 2016-cı ilin yanvar ayının 1-dən əsas iş yerində aylıq gəliri 2.500 manatadək və illik gəliri 30 min manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisi üzrə güzəştin tətbiqi nəzərdə tutulub.

İndiyədək qüvvədə olan güzəştlərin tətbiqi mexanizmi elə qurulmuşdu ki, aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticə olaraq həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olurdu.

Vergi Məcəlləsinə edilmiş dəyişiklik nəticəsində işçi əməkhaqqı artımından tam bəhrələnə biləcək. Bu vergi güzəştindən həm dövlət sektorunda, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalanacaq.

Dəyişikliyi aşağıdakı nümunədən daha aydın görmək olar:

Vergilər azalır, maaşlar artır

Bundan başqa, prezidentin əksər sahələrdəki maaşları 10 faiz artırılması ilə bağlı verdiyi sərəncamlar da fevralın birindən əhalinin gəlirlərinin bazarla qismən də olsa uyğulaşmasını təmin edəcək.