İqtisadiyyat

İran neftinə daha bir alıcı tapdı

678
İran neftinə daha bir alıcı tapdı
İranla Misir arasında ticarət əlaqəsi bərpa edilib

Bu haqda İran KİV-i məlumat yayıb.

Xəbərdə bildirlib ki, İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra Asalue yatağındakı müəssisələrin neft-kimya məhsulları Misirə ixrac olunağa başlayıb.

İran Milli Neft Şirkətinn baş direktoru Ruknəddin Cavadi bildirib ki, Misirə xam neft və neft məhsulları satışına heç bir məhdudiyyət qoyulmayıb: "Əgər rəsmi Qahirədən hər hansı təklif daxil olarsa, onu dəyərləndirəcəyik".

İrandan Misirə xam neft "SUMED" neft kəməri və ya Aralıq dənizindən Süveyş kanalı vasitəsi ilə göndəriləcək.

Qeyd edək ki, islam inqilabı nəticəsində devrilən Məhəmmdrza şah Pəhləviyə sığınacaq verdiyi və İsraillə sülh danışıqları apardığı üçün Tehran Misirlə diplomatik əlaqələri kəsmişdi. 2012-ci ildə İrana qarşı beynəlxalq sanskiya tətbiq edildikdən sonra iki ölkə arasındakı ticarət kəsilmişdi.(report)