İqtisadiyyat / Azərbaycan

Xanhüseyin Kazımlı Azərbaycanın bu günə kimi verdiyi itkilərin qiymətləndirilməsi barəsində tədbir keçirib

1596
Xanhüseyin Kazımlı Azərbaycanın bu günə kimi verdiyi itkilərin qiymətləndirilməsi barəsində tədbir keçirib
Millət vəkili Azərbaycanın bu günə kimi verdiyi itkilərin qiymətləndirilməsinin müzakirəsində iştirak edib

LİA.AZ-ın verdiyi xəbər görə, millət vəkili, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin sədri, “İşçi Qrupu”nun rəhbəri, UNEC-in professoru Xanhüseyn Kazımlı UNEC-də Azərbaycanın erməni işğalı nəticəsində məruz qaldığı itkilərin qiymətləndirilməsi metodologiyası müzakirəsində iştirak edib.


Məlumata görə, yanvarın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə tətbiq olunan metodologiyanın müzakirəsinə həsr olunan elmi seminar keçirilib.

“Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə “İşçi Qrupu”nun üzvləri, millət vəkilləri, rektorlar, əlaqədar nazirlik və komitələrin nümayəndələri, eləcə də UNEC-in professor-müəllim heyətinin iştirak etdiyi seminar Azərbaycanın məruz qaldığı itki və tələfatları əks etdirən videoçarxı izləyiblər.

UNEC-in rektoru, professor Ədalət Muradov mövzunun aktuallığını vurğulayaraq, Azərbaycan-Ermənistan münaqişəsi zamanı ölkəmizin verdiyi maddi-mənəvi itkilərdən danışıb. Erməni təcavüzünün Azərbaycana vurduğu mənəvi itkilərin hesablanmasının mümkünsüzlüyünü diqqətə çatdırıb.

Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin sədri, “İşçi Qrupu”nun rəhbəri, millət vəkili, UNEC-in professoru Xanhüseyn Kazımlı “Faciələrimizin təqvimi üzrə itki və tələfatlarımızın qiymətləndirilməsi üzrə metodologiyaların şərhi” mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, XX əsrin ilk onilliklərində erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri soyqırımlar nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Salyan, Gəncə, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə on minlərlə dinc və günahsız azərbaycanlı amansızcasına qətlə yetirilib, tarixi abidələrimiz dağıdılıb, kəndlərimiz erməni silahlılarının basqınları nəticəsində tamamilə məhv edilib: “1922-ci ildən sonra həmin kəndlərin və yaşayış məntəqələrinin adları birdəfəlik siyahıdan silinib.

Beynəlxalq tədbirlərdə “Münaqişə, müharibə və terror nəticəsində itki və tələfatların dəyərinin hesablanması üzrə vahid metodologiyanın Azərbaycan tərəfindən hazırlanması təklif olunub. Əldə olunan razılaşmalara əsasən, qurum üzvlərinin irəli sürdükləri əlavə və dəyişikliklər nəzərə alınmaqla həmin metodologiyanı əks etdirən “standart” qəbul edilib”.


“İşçi Qrupu” öz fəaliyyətində mövcud qiymətləndirmə təcrübəsinə və standartlarına, eləcə də xarici ölkələrdən dəvət olunan ekspertlərin rəylərinə istinad edərək, yekun nəticəyə gəlib. Əldə olunan nəticə Mərkəzi Bankın rəsmi məzənnəsi əsasında ABŞ dolları ilə ifadə olunub.

Eyni zamanda seminarda Tarixi və Mədəniyyət abidələri üzrə İctimai Birliyin sədri Faiq İsmayılovun və işçi qrupunun üzvü Mirzəli Fətəliyevin çıxışları dinlənilib. Onlar qiymətləndirmənin kəmiyyət göstəriciləri ilə yanaşı aparılması metodologiyası barədə ətraflı məlumat veriblər.


Tədbir iştirakçıları müzakirələrin digər ali məktəblərdə aparılmasının vacibliyini vurğulayıblar.

Qafqaz Universitetinin rektoru Ahmet Saniç növbəti tədbirin Qafqaz universitetində keçirilməsi təklifi ilə çıxış edib.