İqtisadiyyat

Son 40 ildə ilk dəfə Avropaya Amerika nefti gətirilib

555
Son 40 ildə ilk dəfə Avropaya Amerika nefti gətirilib
ABŞ nefti ilə dolu ilk tanker Avropaya gəlib

Virtualaz.org saytı nüfuzlu "Financial Times" nəşrinə istinadən xəbər verir ki, neft Fransada Marsel şəhərinin yaxınlığındakı Fos limanında boşaldılacaq və oradan boru kəməri vasitəsilə İsveçrə və ya Almaniyanın neft emalı zavodlarına göndəriləcək.

İxrac prosesi ABŞ neftinin ölkədən çıxarılmamasına dair 40 il qüvvədə olan qərarın bu yaxınlarda ləğv edilməsindən sonra bərpa olunub.

Daşınma və çatdırılmanı dünyanın ən nəhəng müstəqil neft treyderi "Vitol" həyata keçirib. Şirkət "Carlyle" qrupu ilə birgə xammalın emalını həyata keçirəcək.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama ötən il dekabrın 18-də 2016-cı maliyyə ili üçün büdcə layihəsini imzalayaraq 40 ildən çox qüvvədə olan Amerika neftinin ixracı qadağası ləğv etmişdi. ABŞ xam neftinin ixracına qadağa isə 1975-ci ildə enerji böhranına cavab addımı olaraq atılmışdı.