İqtisadiyyat

Prezident maaşları artırdı

647
Prezident maaşları artırdı
İlham Əliyev 10 faizlik artım barədə sərəncam imzaladı.


Prezident İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində, sosial təminat müəssisələrində, səhiyyə müəssisələrində, təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla), dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan, Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

Sərəncama görə, qeyd edilən sahələrdə çalışanların Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Yanavar ayaının 16-da isə Azərbaycanda əmək pensiyaları artırılıb. Pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.

Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.