İqtisadiyyat

Manat dollara qarşı ucuzlaşıb, avroya qarşı bahalaşıb

751
Manat dollara qarşı ucuzlaşıb, avroya qarşı bahalaşıb
Manata nəzərən Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0216 manat səviyyəsində qərarlaşıb

Bu gün dekabrın 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 30-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 29-u ilə müqayisədə 0,1 faiz və ya 0,0016 manat artaraq 1,5594 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,28 faiz və ya 0,0048 manat azalaraq 1,7046 manata enib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0216 manat səviyyəsində qərarlaşıb.