İqtisadiyyat

Buğda idxalı artıb

850
Buğda idxalı artıb
Bu ilin 11 ayında ölkəyə buğda idxalı 26,8 faiz, təzə meyvə 4,3 dəfə, kərə yağı, digər süd yağları və pastaları 35,5 faiz, mal əti 8,8 faiz, kartof 13,6 faiz, təzə tərəvəz 0,6 faiz, qara metallardan borular 4,9 dəfə, qara metallardan çubuqlar 55,0 faiz, polad prokatı 33,2 faiz, məişət soyuducuları idxalı 11,8 faiz artıb

Publika.az xəbər verir ki, əvəzində xam şəkər və şəkər idxalı 34,3 faiz, bitki yağları 8,2 faiz, çay 15,6 faiz, mebel 9,9 faiz, hesablama maşınları, blok və qurğuları 41,6 faiz, sement və sement klinkerləri 76,6 faiz, minik avtomobilləri 54,6 faiz, yük avtomobilləri 57,6 faiz, paltaryuyan maşınlar 44,3 faiz, məişət kondisionerləri 35,7 faiz azalıb.

2015-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 21497 ədəd minik avtomobili, 757 ədəd avtobus, 1750 ədəd yük avtomobili idxal olunub. İdxalın ümumi həcminin 58,4 faizini avtomobil, 25,6 faizini dəmiryolu, 10,0 faizini hava, 6,0 faizini isə dəniz nəqliyyatı ilə idxal olunmuş məhsulların dəyəri təşkil edib.