İqtisadiyyat / Redaksiya seçimi

Prezident və xanımı açılışda - fotolar

896
Prezident və xanımı açılışda - fotolar
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak ediblər.

Liderinfo.az-ın AzərTac-a istinadən xəbərinə görə, dövlət başçısı əvvəlcə Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Prezidenti və xanımı burada yaradılan muzeylə tanış olublar.
Dövlət başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüblər.
Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra dövlət başçısı “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev və Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.
Prezident və xanımı açılışda - fotolar
Prezident və xanımı açılışda - fotolar
Prezident və xanımı açılışda - fotolar