İqtisadiyyat
Ukrayna hava məkanını bütün növ Rusiya təyyarələrinə bağladı
725

Ukrayna Rusiya şirkətlərinə bu ölkə ərazisindən uçuşların qadağan edilməsi barədə xəbərdarlıq göndərib.
Liderimfo.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Aviasiya Xidməti xəbər yayıb.
“Biz yazılı olaraq qadağanın tətbiq olunacağı bütün Rusiya aviaşirkətlərinə xəbərdarlıq etmişik”, - deyə xidmətin rəsmisi bildirib.
Ukraynanın sanksiya siyahısına “Aeroflot” və Rusiyanın 20-yə yaxın aviaşirkəti məruz qalıb. Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilən sənədə əsasən Rusiya aviaşirkətlərinə Ukrayna ərazisindən keçəcək uçuşlar, daşımalar qadağa olunur.