İdman / Azərbaycan

Bakı 2015 - cüdoçularımızdan ilk qələbələr (CANLI, YENİLƏNİB, FOTO)

682
Bakı 2015 - cüdoçularımızdan ilk qələbələr (CANLI, YENİLƏNİB, FOTO)
Bu gün keçirilən cüdo üzrə yarışlarda daha bir neçə idmançımız mübarizəyə qoşulub. Cüdoçumuz Nicat Şıxəlizadə (66 kq) yarışda ilk qələbəsini qazanıb. Türkiyəli Sinan Sandalı ipponla məğlub edib.

Qadın cüdoçumuz Səkinə Zairova (52 kq) isə İsrail idmançısı Roni Şvarça məğlub olub.
Yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparacaq cüdoçumuz İlqar Müşkiyevin ilk rəqibi müəyyənləşib. İspaniyalı Fransisko Qarriqos İsrail təmsilçisi Alon Raxima qalib gələrək səkkizdəbir finalda İlqar Müşkiyevin rəqibi olub.

Aişə Qurbanlı (48 kq) rusiyalı Kristina Rumyançevanı məğlub edərək səkkizdəbir finala adlayıb.

Birinci Avropa Oyunlarında cüdo yarışlarına start verilib. Cüdo yarışlarının ilk günündə kişilər arasında 60, 66, qadınların mübarizəsində isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında tatami üzərinə çıxırlar.

Artıq qadınların yarışında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Əliyev ilk görşündə Slovakiya idmançısı Kristina Vrsiçə qalib gəlib. Yeniyetmələrin Yay Olimpiya Oyunlarının, Avropa və dünya çempionatının gümüş mükafatçısı Leyla Əliyeva belçikalı Van Snik ilə qarşılaşacaq.

Bundan başqa yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparacaq cüdoçularımız Orxan Səfərov Yan Sikkardi (Monako) – Arif Bağırov (Belarus), İlqar Müşkiyev isə Fransisko Qarriqos (İspaniya) – Alon Raxima (İsrail) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Nicat Şıxəlizadə (66 kq) türkiyəli Sinan Sandal, Tərlan Kərimov (66 kq) Rusiya təmsilçisi Mixail Pulyayevlə qarşılaşacaq.

Aişə Qurbanlı (48 kq) rusiyalı Kristina Rumyançeva, Səkinə Zairova (52 kq) İsrail cüdoçusu Roni Şvarç, Kifayət Qasımova (57 kq) isə serbiyalı Yovana Roqiç ilə qarşılaşacaq.

Bakı 2015 - cüdoçularımızdan ilk qələbələr (CANLI, YENİLƏNİB, FOTO)
Bakı 2015 - cüdoçularımızdan ilk qələbələr (CANLI, YENİLƏNİB, FOTO)
Bakı 2015 - cüdoçularımızdan ilk qələbələr (CANLI, YENİLƏNİB, FOTO)

Bizi izləməyə davam edin