İdman / Azərbaycan

BEGOC Bakıda erməni idmançılara münasibətdən danışdı

779
BEGOC Bakıda erməni idmançılara münasibətdən danışdı
“Oyunlar üçün normal abu-hava yaradılıb. Biz iki ölkә arasında mәsәlәlәrә müdaxilә edә bilmәrik. Rəqabət normaldır".

Bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) koordinasiya komissiyasının sәdri Simon Kappalos deyib. O, Bakıda ermәni idmançılara münasibәtlә bağlı suala cavab verәrkәn bunu bildirib.

Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq də deyib ki, ermәni medalçı Miqran Arutunyan açıqlamasında azәrbaycanlıların onu yaxşı qarşıladığını söyləyib, buna görә tәşәkkür edib.

M.Arutunyan Həsən Əliyevlə qarşılaşıb. Oyundan qalib ayrılan erməni idmançı finalda Rusiya təmsilçisi ilə qarşılaşıb. O, Bakı-da gümüş medal qazanıb.