İdman / Maraq

Rafael Ağayev yarımfinalda

829
Rafael Ağayev yarımfinalda
Azərbaycanın Bakı-2015-də əsas qızıl medal ümidi olan karateçi Rafael Ağayev (75 kq) yarımfinala vəsiqə qazanıb.

Liderinfo.az-ın məlumatına görə, dünya karatesinin "brilliantı" sayılan Rafael Ağayev qrupdan çıxmağı özü üçün təmin edib. Ancaq qrupda türk idmançı Erman Eltemurnan döyüşdə idmançımız gözlənilmədən məğlub olub. Karate yığmamızın məşqçisi Rəhman Hətəmov Rafaelin səhvlər edərək gözlənilmədən məğlub olduğunu bildirib.

Hazırda Rafael Ağayev yarımfinaldakı rəqibninin müəyyənləşməsini gözləyir. Karateçimiz 4 dəfə dünya, 11 dəfə isə Avropa çempionu olub.