İdman / Azərbaycan

Bakı 2015-də daha bir uğur

626
Bakı 2015-də daha bir uğur
Güləş üzrə kişilər arasında 80 kq Yunan-Roma yarışında yarımfinal oyunları keçirilir.

Liderinfo.az-ın məlumatına görə, təmsilçimiz Rafiq Hüseynov Türkiyə təmsilçisi Səlcuq Çebi ilə güləşib. Mübarizəyə yaxşı başlayan güləşçimiz iki fənd ilə rəqibinə qarşı üstünlük yaradıb.

Bir dəfəyə 9 xal qazanan Rafiq ümumi nəticədə 4:0 hesablı qələbə qazanıb və adını finala yazdırıb. Təmiz qələbə qazanan güləşçimiz qalib elan olunmasından sonra Türkiyə idmançısına yaxınlaşaraq onu təsəlli edib və uğrlar arzulayıb.

Qeyd edək ki, Rafiq Hüseynov finalda Rusiya-Belarus cütlüyünün qalibi olan rus idmançı Yevgeni Salayev ilə qarşılaşacaq. Təmsilçimiz məğlub olsa belə artıq gümüş medalı təmin edib.