İdman

Millimizin heyəti açıqlandı

642
Millimizin heyəti açıqlandı
Mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın baş məşqçisi Robert Prosineçki 29 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, komandamız təlim-məşq toplanışı çərçivəsində Andorra, Makedoniya və Kanada ilə yoldaşlıq oyunları keçirəcək.

Qapıçılar: Səlahət Ağayev (“Sumqayıt), Kamran Ağayev (“İnter”), Anar Nəzirov (“Zirə”)

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Ruslan Abışov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev (hamısı “Qəbələ”), Adil Nağıyev (“Zirə”), Tərlan Quliyev (“Kəpəz”), Ufuk Budak (“Qaziantep Böyükşəhər Bələdiyyəspor”, Türkiyə)

Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Elvin Camalov (“Qəbələ”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Elvin Məmmədov, Vüqar Mustafayev (hər ikisi “Zirə”), Namiq Ələsgərov (“Kəpəz”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Eddi İsrafilov (“Kordoba”, İspaniya), Murad Səttarlı (AZAL)

Hücumçular: Rəşad Eyubov (“Qəbələ”), Ağabala Ramazanov, Amil Yunanov (hər ikisi “Sumqayıt”), Ruslan Qurbanov (“Neftçi”).