İdman / Azərbaycan

Ermənilər Bakıya niyə gəldilər?

913
Ermənilər Bakıya niyə gəldilər?
Azərbaycanda I Avropa Oyunlarında iştirak edəcək Ermənistan idmançıları artıq Azərbaycandadırlar. Onları Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllülər qarşılayıb. İdmançılar onlar üçün ayrılan avtobuslarla Atletlər kəndinə yola salınıb.

Ermənistan nümayəndə heyətində əvvəlcədən 28 idmançının iştirak edəcəyi bildirilsə də, Bakıya 18 idmançı gəlib. Ermənilər idmanın boks, güləş, atıcılıq, sambo, cüdo növləri üzrə yarışacaq.

Ermənilərin Bakıya gəlib-gəlməyəcəyi sual altında idi. Hətta bununla bağlı həmin ölkənin rəsmiləri bir neçə dəfə ziddiyyətli bəyanatlar belə veriblər. Lakin son anda ermənilər Avropa Oyunlarında iştirak etməyə qərar verdilər.

MTN-in sabiq əməkdaşı Arzu Nağıyev açıqlamasında, bu qədər tərəddüddən sonra Ermənistan rəhbərliyinin idmançılarını bura göndərməkdə hansı məqsəd güddüyünü belə şərh etdi:

"Erməni tərəfin bildirdiyinə görə, onlar bu razılığa Sarkisyanın Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliyi ilə danışıqları və Azərbaycan tərəfinin təhlükəsizliklə bağlı təminatından sonra gəliblər. Bundan başqa, özlərini ictimai tənqiddən qorumaq üçün hər bir idman federasiyasına məktub göndərərək qərar vermələrini tələb etmişdilər. Bir neçə idmançının imtinasına baxmayaraq, 25 nəfər öz razılığını verib. Olimpiya Komitəsi isə bəyanat yayıb ki, Olimpiada ideyalarına, tolerantlığa və dostluğa (?) sadiq qalaraq bu yarışlara qatılmaq qərarına gəliblər.

Əlbəttə, bunlar əmindir ki, təhlükəsizlikləri qorunacaq və dünyaya göstərəcəklər ki, bunlar Oyunlar naminə sülhə qərar verirlər. Eyni zamanda, "Eurovision" müsabiqəsini boykot etdilər, nə oldu ki? Bundan başqa, beynəlxalq şahmat yarışlarında iştirakdan imtina etdilər və bunu siyasi şouya çevirmək istədilər, alınmadı. Ermənistanda 2012-ci ildə keçirilən boks yarışlarında Azərbaycan bayrağını qaradəriliyə verməklə nə demək istədiklərini özləri gözəl bilirdilər. Bütün bunlar bumeranq effekti verdi və öz imiclərinə mənfilik gətirdi. Məhz bu məsələlərə görə iştiraka razılıq verdilər".

Qeyd edək ki, idmançıların Bakıya gəlişi və Oyunlarla bağlı Ermənistan bayrağının da Bakıda qaldırılmasına qarşı etiraz aksiyası keçirilib. Aksiyada xüsusi olaraq vurğulanıb ki, heç bir beynəlxalq hüquq, beynəlxalq təşkilat qarşısında götürülən öhdəlik erməni idmançılarının Bakıya gəlməsi üçün əsas ola bilməz, bu gələnlər idmançı deyil, terrorçu, işğalçı Ermənistan rejiminin nümayəndələri, işğal və terror təbliğatçılarıdır.

Qarabağ Azadlıq Təşkilatı bu aksiya ilə bütün Azərbaycan cəmiyyətinə müraciət edib, hər yerdə erməni hərbi canilərinin şəkillərinin, erməni bayraqlarının yandırılmasına çağırıb.