İdman

İdman gimnastikası üzrə Dünya Kuboku mərhələsi Bakıda keçiriləcək

646
İdman gimnastikası üzrə Dünya Kuboku mərhələsi Bakıda keçiriləcək
Fevralın 19-da Bakıda idman gimnastikası üzrə Dünya kubokunun mərhələ yarışları keçiriləcək

Azərbaycan Milli Gimnastika Arenasında keçiriləcək yarış 3 gün ərzində davam edəcək. Bakıda 18 ölkənin idmançıları qüvvələrini sınayacaqlar.

Bu mərhələdə Azərbaycanı 4 qız və 2 oğlan olmaqla, 6 idmançı ilə təmsil edəcək.

Azərbaycan Gimnastika Federasiyasının saytında yerləşdirilmiş xəbərə görə, bu il Bakıda daha 2 Dünya Kuboku mərhələsi keçiriləcək. Batut gimnastikası üzrə martda, bədii gimnastika üzrə iyulda yarışlar baş tutacaq.