İdman

FIFA “Xəzər-Lənkəran”ın transfer qadağasını ləğv etdi

625
FIFA “Xəzər-Lənkəran”ın transfer qadağasını ləğv etdi
FİFA-nı transfer qadağasına görə uzun müddət heyətinə oyunçu cəlb edə bilməyən “Xəzər Lənkəran” nəhayət ki, rahat nəfəs ala bilər.

“Qafqazinfo”nun “12cioyuncu.info”ya istinadən məlumatına görə, yanvar ayının 8-də axşam saatlarında FİFA-dan “Xəzər Lənkəran”a daxil olan məktubda dünyanın ali futbol qurumunun transfer qadağasını dəyişdiyi qeyd olunub.

Bu isə o deməkdir ki, “Xəzər Lənkəran” bundan sonra istədiyi futbolçunu transfer edə biləcək.