İdman

Hakim etiraf edib: “Sübut yoxdur“

681
Hakim etiraf edib: “Sübut yoxdur“
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mübariz Məmmədov jurnalist Cavid Şirəliyevin işi ilə bağlı maraqlı açıqlama verib

Bu barədə Arqument.Az-a Cavid Şirəliyevin anası Zahirə Şirəliyeva məlumat verib.

Onun sözlərinə görə, 6 noyabr 2015-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mübariz Məmmədovun sədrliyi ilə keçən prosesdə hakim bildirib ki, jurnalist Cavid Şirəliyevə açılmış cinayət işi ilə bağlı hər hansı bir mötəbər sübut və təkzibedilməz fakt aşkarlanmayıb.

Hakimin sözlərinə görə, jurnalistin həbs edilməsi üçün hər hansı bir fakt olmayıb, sadəcə, şikayətçi Şəfiqə Xankişiyevanın ifadəsi ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, 2014-cü il senytabrın 1-də "7gun.az” saytının və "7 gun xəbər” qəzetinin rəhbəri DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, "7gun.az”-ın rəhbəri Cavid Ələsgəroğlu Qazax rayonundakı evinin qarşısında bir qrup polis tərəfindən saxlanılaraq həbs olunub. Baş redaktor barəsində 2 ay həbsqətimkan tədbiri seçilib və 4 dəfə həbsin müddəti uzadılıb.