İdman

Bu gün "Qarabağ" və "Qəbələ" oynayır

917
Bu gün "Qarabağ" və "Qəbələ" oynayır
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin IV turunda Azərbaycanın "Qarabağ" və "Qəbələ" klubları növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, "Qarabağ" Bakıda, "Qəbələ" isə Almaniyada meydana çıxacaq.
Ağdam klubu Fransa "Monako"su ilə qarşılaşacaq.Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi rumıniyalı Kristian Balay olacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qonaqları məğlub edərsə, ən azı qrup ikincisi olacaq. Qrupun digər oyununda "Tottenhem" İngiltərədə Belçika "Anderlext"ini qəbul edəcək. Bakıdakı oyunda meydan sahibləri qələbə qazanacağı və Londondakı oyunda heç-heçə qeydə alınacağı təqdirdə "Qarabağ" qrup birincisi olacaq. "Qarabağ"ın heyətində Reynaldo zədə səbəbindən iştirak etməyəcək.
"Qəbələ" isə Dortmundda "Borussiya"nın qonağı olacaq. Demək olar ki, böyük ölçüdə növbəti mərhələni təmin edən Almaniya klubu "qırmızı-qaralar"la görüşdən məğlub ayrılarsa, Roman Qriqorçukun komandası mövqeyini bir qədər yaxşılaşdıra bilər. "Qəbələ" növbəti oyununu səfərdə Yunanıstan PAOK-una qarşı keçirəcəyindən Almaniyada qazanılan xal komanda üçün əlavə motivasiya olacaq. Qrupun digər oyununda isə Rusiya "Krasnodarı" Yunanıstanın PAOK klubunu qəbul edəcək.
Avropa Liqası, IV tur
20:00. "Qarabağ" - "Monako" (Fransa)
Baş hakim: Kristian Balay
Yan xətt hakimləri: Ovidiu Artene, Valentin Avram
Dördüncü hakim: Mirça Qriqoriu
Əlavə köməkçi hakimlər: İştvan Kovaç, Radu Petresku (hamısı Rumıniya)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Stanislav Speçik (Polşa)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Qəbələ"
Baş hakim: Sebastyan Delferye
Yan xətt hakimləri: İv De Nev, Rien Vanizer
Dördüncü hakim: Stiyn Hutsebo
Əlavə köməkçi hakimlər: Conathan Lardo, Erik Lambrext (hamısı Belçika)
Hakim-inspektor: Xuan Fernandes Marin (İspaniya)
UEFA nümayəndəsi: George Kumas (Kipr)
Dortmund, BVB stadionu