İdman

“Neçə aydır ki, oyunçulara maaş verə bilmirik“

674
“Neçə aydır ki, oyunçulara maaş verə bilmirik“
"Oyunun ağır olacağını bilirdim. Biz son pillədə, rəqib bizdən 1 pillə öndə qərarlaşmışdı"

Bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Topaz Premyer Liqasının VII turu çərçivəsində "Rəvan"la qarşılaşan və mövsümdə ilk qələbəsini qazanan "təyyarəçilər"in baş məşqçisi matç haqqında fikirlərini bölüşüb:

"Hazırda "Rəvan"da çıxış edən iki oyunçu hazırlığı bizimlə birgə keçmişdi. Heyətimizdə problemlər olsa da, bizim üçün vacib məsələ 3 xal qazanmaq idi. Qələbədən sonra hər oyuna motivasiya yüksək olur. Hakim hər epizoda görə sarı vərəqə verdi.

Bizim maddi durumumuz yaxşı deyil. Sarı vərəqələrə görə isə cərimələnəcəyik. Çox istərdik ki, adi epizodlarda sarı vərəqə verilməsin. Bu durum həm bizə, həm də oyunçulara problem yaradır. Neçə aydır ki, maaş verə bilmirik. 7 aydır ki, analoji problem mövcuddur". (apasport.az)