İdman

Bakıya gələn şahmatçılara qadağa

563
Bakıya gələn şahmatçılara qadağa
Bakıda keçirilən şahmat üzrə Dünya kubokuna mobil telefon, qələm və saat gətirmək qadağan edilib

Axar.az xəbər verir ki, FİDE-nin nümayəndəsi İzrael Gelfer heç kimdən şübhələnmədiklərini söyləyib.

Onun sözlərinə görə, zala girişdə metaldetektorlar olacaq: “Mobil telefonları ümumiyyətlə, götürməsəniz yaxşıdır”.

Bu, ən sərt xəbərdarlıq kimi qarşılanıb. Tur zamanı zaldan çıxan istənilən oyunçu yoxlanıla bilər, partiyaların sonunda isə hakimlər istənilən beşliyi yoxlama üçün seçə bilər. Partiyalar 15 dəqiqəlik yubanma ilə qismən yayımlanacaqlar.