İdman / Maraq
Olimpiya Stadionuna bu yollarla gedin
776

Nəqliyyatı İntelktual İdarəetmə Mərkəzi (NİİM) Avropa Oyunları ilə bağlı video müraciət yayıb. Müraciətdə iyunun 12 və 28-də ictimaiyyətin hansı yollarla hərəkət edə biləcəyi açıq-aydın təsvir edilib.
Liderinfo.az-ın məlumatına görə, NİİM yaydığı video çarxda 12 iyun açılış və 28 iyun bağlanış mərasimləri zamanı Olimpiya Stadionuna hansı yollarla getməyin mümkün olması göstərilir.
Videoda qeyd edilir ki, həmin günlərdə əhali mərasim keçirilən yerlərə ancaq ictimai nəqliyyat -metro və ekspress avtobuslarla gedə biləcək.
Xatırladaq ki, "Bakı 2015" 12 iyun tarixində başlayacaq Avropa Oyunlarından öncə hazırlıqların bir hissəsi kimi şənbə günü, iyunun 6-da Olimpiya Staionunda sınaq tədbiri keçiriləcək. Bununla əlaqədar bildirilib ki, Heydər Əliyev prospektinin Babək yol qovşağından Sabunçu yol qovşağınadək olan hissəsi iyunun 6-da axşam saat 16:00-dan gecə saat 02:00-a kimi ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.
Həmçinin, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi ümumi nəqliyyatın hərəkətinə 6 iyun tarixində axşam saat 16:00-dan gecə saat 02:00-a kimi bağlı olacaq.
Şəhər sakinlərindən avtobus və metro stansiyalarında həmin gün sərnişin sıxlığının olacağını nəzərə almaları xahiş olunur.
Oxşar xəbərlər:

Hava haqqında məlumat
Son xəbər / Maraq
“Oyunlar zolağı”nda çıxarılan oyun…
İqtisadiyyat
Bakı-2015 Avropa Oyunları Serbiyada da yayımlanacaq
İqtisadiyyat / İdman
Bəzi marşrutların hərəkəti bərpa ediləcək - Siyahı
İqtisadiyyat / Sosial
Metro və avtobuslarda iş vaxtı dəyişdirilir (VİDEO)
Son xəbər / Dünya