İdman / Maraq

İdmançımız İlkin Bədirxanovdan növbəti qələbə

706
İdmançımız İlkin Bədirxanovdan növbəti qələbə
Muay Tay üzrə peşəkar döyüşdə bütün rəqiblərinə qalib gələrək ən üst zirvəyə qalxan "Bakı Artrika Muay Tay" klubunun peşəkar idmançısı İlkin Bədirxanov daha bir uğura imza atıb

PİA.AZ piasport.az-a istinadən xəbər verir ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən Şağan Olimpiya İdman Kompleksində Muay Tay üzrə beynəlxalq peşəkar döyüşləri keçirilib. Təşkil edilən beynəlxalq yarışda bir çox ölkələrdən güclü idmançılar iştirak edib.

81 kq- da ölkəmizi təmsil edən Muay Tay-çı İlkin Bədirxanov final döyüşündə iranlı rəqibini böyük fərqlə üstələyərək proffesional Muay Tay üzrə döyüşün qalibi olub. İdmançımız llkin Bədirxanov açıqlamasında bu yarışa çox ciddi şəkildə hazırlaşdığını bildirib.

Qazandığı çempionluqla Gürcüstanda keçiriləcək professional Muay Tay yarışlarına lisensiya qazandığını bildirən idmançımız "Bakı Arktika Muay Tay" klubunun baş məşqçisi Rəşad İsayevə və heç bir zaman dəstəyini əsirgəməyən Zaur Cəfərova minnətdarlığını bildirib.

Qeyd edək ki, tanınmış Muay Tay-çı İlkin Bədirxanov sentyabrın 17-20-si İranın Tehran şəhərində kəçirilən uşu sanda Fars kubokunda ölkəmizi 75 kq-da təmsil edəcək.