Hadisə / Azərbaycan

4 nəfərin öldüyü qəza ilə bağlı DİN-dən açıqlama

986
4 nəfərin öldüyü qəza ilə bağlı DİN-dən açıqlama
Daxili İşlər Nazirliyi (DİN) Tovuzda baş verən dəhşətli qəza barədə məlumat yayıb

PİA.AZ-ın DİN-in saytına istinadən xəbərinə görə, iyulun 10-da saat 09 radələrində Tovuz rayonunun Qovlar şəhərində Füzuli rayon sakini Nadir Məmmədovun idarə etdiyi “Mercedes” və Sumqayıt şəhər sakini Mehdi Hacıyevin idarə etdiyi “Daewoo”(avtobus) markalı avtomobillər toqquşub. Nəticədə N. Məmmədov və sərnişinləri - arvadı Nərmin, oğlu Aslan və qızı Əsma hadisə yerində ölüb, M. Hacıyevin 8 sərnişini xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırmalar aparılır.